2014-cü ilin yanvar ayında Rusiyanın neft məhsulları ixracatından gəlirləri 7.4% artıb. Bu barədə İTAR-TASS Federal Gömrük Xidməti orqanlarına istinadən məlumat verib.
Həmin məlumata görə, 2014-cü ilin yanvar ayında Rusiya 11.24 milyon ton neft məhsulu ixrac edib ki, bunun da dəyəri $8,119 milyard olub.
2014-cü ilin yanvarında uzaq xaricə $7.23 milyard dəyərində 10,02 milyon ton, MDB ölkələrinə $879 milyon dəyərində 1.22 milyon ton neft məhsulu tədarük edilib.
Eyni zamanda 2014-cü ilin yanvarında Rusiyanın neft ixracı pul ilə ifadı edildikdə 2013-cü ilin eyni dövrü ilə müayisədə 3.2% azalaraq $13,47 milyard təşkil edib. İxracın fiziki həcmi 2.6% azalaraq 18.107 milyon ton təşkil edib.