“KazMunayGaz” şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, The Rompetrol Group NV şirkətin adının KazMunayGaz İnternational adlandırılmasına qərar verib.
KMG şirkətinin xarici emal və marketinq üzrə icracı direktoru Janat Tusulbekov bildirib ki,”Rompetrol şirkətinin adının dəyişdirilməsi vahid brend siyasətinin tərkib hissəsidir”.
Həmçinin mətbuat xidməti bildirib ki, Buxarestdə yerləşən şirkətin mərkəzi idarəetmə bölməsi olan “The Rompetrol Group NV” şirkətinin adıda dəyişdiriləcək və “KMG Rompetrol” adlandırılacaq. Bununla belə pərakəndə satış seqmentində “Rompetrol” brendi saxlanılacaq.The Rompetrol Group N.V “KazMUnayGaz” şirkətinin 100% törəmə müəssəsidir.