Qazaxıstanın neft və qaz nazirliyi “Compact GTL” şirkəti ilə səmt qazından dizel yanacağı istehsalı üçün 179 milyon funt sterlinq dəyərində ($300 млн) müqavilə imzalayıb. Bu barədə The Sunday Times qəzeti yazıb.
Saziş Londonda imzalanıb və müqaviləni Qazaxıstan adından neft və qaz naziri Uzakbay Karabalin imzalayıb.
Compact GTL şirkətində sərmayədarı BP şirkətinin keçmiş prezidenti Toni Heyvard və Yan Hannandır.
Şirkət istehsal prosesində Britaniyanın atom enerjisi idarəsinin hazırladığı texnologiyadan istifadə edir. Şirkətin ofisi Abinqdone şəhərində yerləşir.