Aprelin 1-dən Qazaxıstanda 1 ton neftə tətbiq edilən ixrac gömrük rüsumu $60-dan $80-a qədər artırılacaq. Bu barədə iqtisadiyyat və büdcə planlaşdırılması naziri Erbolat Dosayev bildirib.
Onun sözlərinə görə, gömrük rüsumunun qaldırılması dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədi daşıyır. Onun sözlərinə görə,bunun hesabına gəlirlər 505.5 milyard tenqeyə qədər artacaq.
Fevralda İqtisadiyyat və Büdcə Planlaşdırılması Nazirliyi elan etmişdi ki,2014-cü ildə dövlət büdcəsinin gəlirləri 132 milyard tenqe artacaq.