Qazaxıstanın İqtisadiyyat və Büdcə planlaşdırılması naziri Erbolat Dosayev bildirib ki, nazirlik ölkənin neft-qaz sektorunda kölgə iqtisadiyatının azaldılmasına yönəlik bir sıra tədbirlər hazırlayıb.
Onun sözlərinə görə, Qazaxıstanda neft oğurluğu iki əsas sxem üzrə baş verir. Birincisi, xammal neft qurğularından, müvəqqəti saxlama anbarlarından və dayandırılmış quyulardan oğurlanır.
İkincisi, neft kəmərlərinə qeyri-qanuni müdaxilələr etməklə. Sonradan qanunsuz hasil edilmiş nefti dövriyyəyə daxil etmək məqsədilə müxtəlif firmalar yaradılır. Daha sonra isə neft ya emala verilir ya da ixrac edilmək üçün xaricə çıxarılır.