Cari ilin fevral ayında Türkmənistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə dünya bazarlarına 200,250 min ton neft tədarük edib. Bu barədə Caspian Barell-ə Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) mətbuat xidmətindən məlumat veriblər.
2014-cü ilin yanvar-fevralında BTC kəməri ilə türkmən neftinin nəqli 450.712 ton təşkil edib.
Qeyd edək ki, 2013-cü ilin analoji dövrü ilə müqayisədə BTC ilə türkmən neftinin nəqli həcmi 47.438 ton və ya 9,5% azalıb.