2014-cü ilin yanvar-fevralında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə qazax neftinin nəqli 489.5 min ton təşkil edib, ələxsus fevralda tədarük yanvarla müqayisədə 5.3% artıb.
Belə ki,fevralda neft kəməri ilə 251,087 min ton, yanvarda isə 238.399 min ton neft tədarük edilib. Bu barədə Capian Barell-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, BTC ilə qazax tərəfindən yükgöndərən Chevron şirkətidir. BTC ilə qazax neftinin nəqli 2013-cü ilin noyabrında bərpa edilib. Keçən ilin noyabr-dekabrında kəmər ilə 550 min ton Tengiz nefti ixrac edilmişdi.
Qazaxıstanın Azərbaycandakı səfiri Amanqeldi Jumbayevin sözlərinə görə, 2014-cü ildə BTC ilə 4.5 milyon ton qazax neftinin nəqli planlaşdırılır.