Türkiyənin “Rəsmi qəzetində” (“Resmi Gazete”) dərc olunan xəbərə görə, ölkənin dövlət boru şirkəti olan BOTAŞ Trans Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində tirpaqların alınmasına başlayacaq.
TANAP layihəsi “Şahdəniz” qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü ildə 16 milyard kub metr təşkil edəcək. 6 milyard kub metr qaz Türkiyəyə,yerdə qalan isə Avropaya tədarük ediləcək. Gələcəkdə boru kəmərinin gücü ildə 31 milyard kubmetrə qədər genişləndirilə bilər.
TANAP layihəində iştirakçıların payı aşağıdakı qaydada bölünüb: SOCAR ( operator) – 68 faiz , Botas – 20 faiz və BP – 12 faiz .