“KazTransOil” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə,cari ilin aprel ayında neft ixracına tətbiq edilən rüsümları artıracaq.
Məlumatda bildirlir ki, ”Qazaxıstanın təbii inhisarların tənzimlənəsi agentliyi “KazTransOil” şirkətinin magistral boru kəmərləri ilə neftin nəqli xidmətləri üçün tarif və tarif dərəcələrini təsdiq edib.Belə ki, 1000 ton-km üçün neftin nəqli tarifi əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan 2014-cü ilin 1 aprelindən 5 817,2 tenqe məbləğində müəyyənləşdirilirib”.
Əvvələr isə bu xidmət növündə tarif ƏDV nəzərə alınmadan 1000 ton-km üçün 4 850,6 tenqe idi. Bununla belə daxili bazarda neftin nəqli rüsümu dəyişməz qalıb.1000 ton-km üçün ƏDV nəzərə alınmadan 2 931,8 tenqe.