“Reuters” xəbər agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı liderlərinin gələn həftəyə planlaşdırılmış zirvə görüşündə Rusiya ilə enerji münasibətləri müzakirə olunacaq.
Zirvə görüşünün ilkin gündəliyinə istinadən deyilir ki, Aİ liderləri İttifaqın Rusiyadan “yüksək enerji, xüsusən də təbii qaz asılılığını aşağı salmaq üçün səy göstərməli, bunu ilk növbədə daha böyük asılılıq yaşayan üzv ölkələrində həyata keçirməlidir”.