2013-cü ilin nəticələrinə görə, ABŞ Azərbaycandan idxal edilən xam neftin həcmlərini artırıb. ABŞ Dövlət enerji informasiya İdarəsinin (EİA) açıqladığı məlumata əsasən, ötən il ABŞ Azərbaycandan 10,41 milyon barel neft idxal ediblər. Xatırladaq ki, 2012-ci ildə bu göstərici 8,83 milyon barel təşkil etmişdi.
Məlumatda həmçinin bildirilir ki, 2013-cü ilin dekabrında ABŞ Azərbaycandan 1,04 milyn ton neft idxal ediblər. 2012-ci ilin dekabrında bu göstərici 1,05 milyon barel olmuşdu.