Qazaxıstan Respublikası Statistika Agentliyinin verdiyi məlumata görə, yanvarda ölkədə 205.1 min ton motor yanacağı (aviasiya benzini daxil olmaqla) istehsal edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 8.1% çoxdur.
Bundan əlavə, statistika agentliyinin verdiyi məlumata görə, hesabat dövründə 349.8 min ton dizel yanacağı, 308.2 min ton mazut istehsal edilib.
Qazaxıstanda hazırda 3 neft emalı zavodu fəaliyyət göstərir: Pavlodar, Atırau və Şımkənt.