Trans-Adriatik (ТАР) və Trans-Anadolu (ТАNАР) qaz kəməri layihələri regionun və Avropanın enerji təhlükəsizliyinin inkişafına böyük töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu iri enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın və kəmərlərin keçdiyi ölkələrin iqtisadiyyatlarının inkişafına yardım edəcək.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbulu yatağın gələcəkdə genişmiqyaslı işlənməsinin əsasını qoydu.
Xatırladaq ki, 2013-cü il dekabrın 17-də qazı ilk olaraq Avropa bazarlarına daxil olacaq Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.