“Günəşli” yatağındakı 14-cü özüldən 343 nömrəli quyuda qazma işlərinə başlanılmışdır.Layihə dərinliyi 3030 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
SOCAR-ın mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.