Cümə, Fevral 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ai-95-in sərbəstləşməsi Azərbaycana nə vəd edir?

11/02/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

95-yDövlət Neft Şirkəti Nazirlər Kabinetinə təklif verib ki, Ai-95 markalı benzinin istehsalını dayandırsın və yerli bazarda bu markalı benzinin satışı Ai-98 markalı benzində olduğu kimi sərbəst şəkildə həyata keçirilsin. Belə bir açıqlama ilə bu gün SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlər qaarşısında çıxış edib.

“Neft emalı zavodlarında benzin istehsalı artıq ona olan tələbatı ödəmək səviyyəsinə çata bilmir. İllik benzinə olan tələbat 10-11% artır. Ona görə də biz hökumətə müraciət etmişik ki, Ai-95 markalı benzin istehsalını dayandıraq, SOCAR isə istehsal gücünü Ai-92 markalı benzin üzərində dayandırsın”, – deyə Abdullayev bildirib.

Onun sözlərinə görə, Ai-95 markalı benzinin idxalı ilə ölkə bazarında parakəndə neft məhsulları satışı ilə məşğul olan şirkətlər məşğul ola bilərlər.

Abdullayev həmçinin qeyd edib ki, SOCAR yerli emal müəssisələrinin gücünü o səviyyəyə çatdıracaq ki, Qaradağdakı yeni NEZ-u işə düşənədək (2023-2025-ci illər) ölkənin daxili bazarında neft məhsulları istehlakında heç bir problem yaşanmasın.

İndi isə Caspian Barrel keçir məsələnin məğzinə: nədən SOCAR hökumətə müraciət etdi? Əslində Nazirlər Kabineti ölkənin orta və uzunmüddətli strateji planlarına uyğun olaraq məsələləri hazırlamalı və vaxtaşırı onları müvafiq dövlət qurumlarının və şirkətlərinə təqdim etməlidir ki, buna əsasən də ölkənin hara və hansı sürətlə gedəcəyi bəlli olsun. Ancaq dövlət başçısının yanında keçirilən Nazirlər kabinetinin hesabat xarakterli iclaslarında hökumət heç vaxt qarşıda ölkəni gözləyə biləcək problemlərdən bir kəlmə də dilə gətirməyib.

Ona görə də SOCAR – Azərbaycan iqtisadiyyatının lokomotivi kimi bu dəfə də təşəbbüslə çıxış edərək yaxın 10 il üçün daxili bazarda neft məhsulları üzərində stabillik yaratmaq yönümündə təkliflərini ortaya qoyub. Həmin təkliflərin əsas iki məqamı var. Nədir onlar?

Ai-95 markalı benzinin istehsalının dayandırılması. Əgər hökumət SOCAR üçün hazırda yeni neft emalı zavodunun tikintisi məsələsini 10 il sonrayadək  təxirə salırsa, Neft Şirkəti tərəfindən bu ən doğru addımdır. Niyə? Ona görə ki, Heydər Əliyev adına NEZ-da reallıqda Ai-92 markalı benzin istehsal edilir və sonra aşqarlar və digər qarışıqlar hesabəma benzinin oktan dərəcəsi artırılaraq 95-ə çatdırılırdı. Yəni bu bir növ “təmiz istehsallı” Ai-95 markalı benzin olmurdu, çünki bunun üçün zavodda lazımi texnoloji avadanlıq yox idi, onların quraşdırılması isə külli miqdarda kapital qoyuluşu tələb edirdi. Ancaq nəzərə alanda ki, bu zavod yenisi ilə əvəz olunacaq, təbii ki, SOCAR belə xərclərə gedə bilməzdi.

Ölkə bazarında istehlak olunan benzinin təqribən 8-9%-i Ai-95 markasına aiddir. İstehlakçıların bir qismi ona görə bu markalı benzindən istifadə etmirdilər ki, onun şəhərdaxili istifadəsi zamanı heç bir keyfiyyət parametrlərini hiss etmirdilər. Bu baxımdan da istehlakçılar arasında aşağı oktanlı benzinə üz tutmaları nəticədə texniki baxımdan Ai-95 markalı benzinə hesablanmış avtomobilin daha çox yanacaq sərfiyyatına səbəb olur, həm də son nəticədə vaxtından əvvəl texniki nasazlıqlara gətirib çıxarırdı.

SOCAR-ən təklifi qəbul olunarsa, artıq yüksək keyfiyyətli “Avro-4” standartından aşağı ekoloji keyfiyyət parametrlərinə malik olmayan Ai-95 markalı benzin idxal olunacaq ölkəyə və istehlakşılar daha keyfiyyət məsələsində tərəddüd edə bilməyəcəklər. Ancaq bir incə məsələ var.

Qiymətin sərbəstləşdirilməsi. 2014-cü ilin aprelində SOCAR h.Əliyev adına zavodda yenidənqurma işlərinə start verəcək və aşağı oktanlı benzin istehsal edəcək yeni qurğu tikəcək. Onun gələcəkdə maksimum illik istehsal gücü 450 min ton ətrafında olacaq. Hazırda Azərbaycanın daxili bazarında 1,3 milyon ton benzin istehlak edilir. Yəni hökumətin ciddi cəhdləri (qiymətlərin artımı, avto kreditləşmənin sərtləşdirilməsi, avtomobil qayda pozuntularına görə cərimələrin dəfələrlə artırılması, parkinqlərdə qiymətlərin baha olması, gömrük tariflərinin bahalılığı və sair) hesabına benzinə olan artım səviyyəsini  əgər 4-5% cıvarında saxlamasaq, onda 2020-ci ilə qədər yenə daxili bazarda gərginlik yarana bilər. Bunun tənzimlənməsinin ən effektiv yolu isə qiymətlərin sərbəstləşdirilməsidir. Təbii ki, burada hökumətə verilən təklifdə söhbət Ai-95 markalı benzindən gedir. Onu çox güman ki, Rumıniyadan və Rusiyadan idxal edəcəklər. Və yerli bazarda artıq Ai-95-in qiyməti aprelin 1-dən (həmin tarixdən H.Əliyev adına NEZ modernizasiya işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq) 1 AZN-dən aşağı olmayacaq.

Ancaq buna nə dərəcədə qiymətlərin sərbəstləşdirilməsi demək olar? Ölkəyə 2011-ci ildən idxal edilən Ai-98 markalı benzində müşahidə etdik ki, onun qiyməti də Tarif Şurası tərəfindən təyin edilir. Belə olan halda hökumət qarşısında məsələ qaldırılmalıdır ki, idxalçılara imkan verilsin – heç bir monopolist cəhdlərə yol verilmədən parakəndə yanacaq satanlar özləri yüksək oktanlı benzini ölkəyə idxal edib və istədikləri qiymətə müştərilərə təklif etsinlər. Həqiqətən ilk zamanlar yüksək qiymətlər psixoloji cəhətdən müştərilərdə şok effekti yaratsa da, ancaq sonradan azad rəqabət gec-tez özünü göstərməlidir və nəticədə Azərbaycanda vətəndaş heç olmasa real həyatda ŞƏFFAFlıqla qarşılaşa bilərdi.

 

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.