Bazar, Dekabr 7, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR ixtisara düşən işçilərə maraqlı təkliflərlə müraciət edib

11/12/2017
5
BAXIŞ
Share on FacebookShare on Twitter

xm_mg_0821

Yanvarın 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strukturunun təkmilləşdirilməsi və idarəetmənin çevikliyinin artırılması məqsədilə bəzi qurumlarının ləğvi nəticəsində boş qalan işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın icrası ilə əlaqədar müşavirə keçirilib.

 

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, müşavirədə SOCAR-ın aidiyyəti idarələrinin rəhbərləri, həmçinin kadr, hüquq, iqtisadiyyat və uçot idarələrinin rəisləri iştirak ediblər.

 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov idarələrdə və müəssisələrdə bu prosesin gedişi ilə bağlı işəgötürənlərin məlumatını dinləyib və çıxış edərək bildirib ki, hazırda şirkətin strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə zəruri tədbirlər həyata keçirilir: “Bəzi struktur vahidlərində bir neçə pilləli idarəçilik sistemi daha çevik və operativ strukturla əvəz olunur. Bu tədbirlər SOCAR-ın beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslərin gedişində şirkət rəhbərliyi üçün əsas amil insan faktorudur, ləğv olunmuş idarələrdə işçilərin məşğulluğunun maksimum təmin olunmasıdır. Lakin strukturun sadələşdirilməsi prosesində bəzi müəssisələrdə müəyyən sayda işçi heyətin sərbəstləşməsi də labüddür. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin tapşırığı bundan ibarətdir ki, boş qalan işçilər daim şirkətin qayğısını hiss etməli, onların mövcud vakant ştatlara yerləşdirilməsi işi tam ədalətli və şəffaf aparılmalıdır”.

 

Boş qalan işçilərə münasibətdə Şirkət prezidentinin tapşırığına əsasən 3 istiqamət üzrə adekvat tədbirlərin həyata keçirildiyini vurğulayan X.Məmmədov müvafiq təlimatlandırmanın aparılmasına ehtiyac olduğunu söyləyib. Qeyd olunub ki, birinci istiqamət boş qalan işçilərin ixtisas və səriştələrinə uyğun vakant ştatlar olduqca şirkətin müəssisələrində yerləşdirilməsini əhatə edir: “SOCAR-ın idarə və müəssisələrinə işə kənardan qəbul 3 aydır ki dayandırılıb və bütün vakant ştatlara struktur təkmilləşdirilməsi tədbirləri nəticəsində boş qalan işçilər yerləşdiriləcək. Bu məqsədlə İnsan Resursları Departamenti xətti ilə test yoxlamaları keçirilməli, onların bilik və səriştələri obyektiv qiymətləndirilməlidir”.

 

Daha sonra ikinci istiqamət üzərində dayanan vitse-prezident bildirib ki, ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”a qoşularaq ixtisas dəyişməsi üçün Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Təlim Mərkəzlərində keçirilən kurslara cəlb oluna bilərlər. Bu kateqoriyadan olan sərbəstləşən işçilər Proqram müddəti (1 il) ərzində əməkhaqlarının 50%-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, Şirkətin, habelə neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər.

 

SOCAR-ın Təlim Mərkəzlərinin bu istiqamətdə lazım gələn bütün tədbirləri görmək üçün tam hazır olduğunu söyləyən X.Məmmədov bildirib ki, sərbəstləşən işçilərə münasibətdə Şirkətin həyata keçirəcəyi tədbirlərin üçüncü istiqamətini ənənəvi neftçi peşələrinə malik olmayan və əsasən idarəetmə strukturlarında çalışmış şəxslərlə iş təşkil edir. SOCAR bu istiqamətdə də sosial məsuliyyəti öz üzərinə götürərək, sərbəstləşən işçilərə lazımi dəstək göstərməyə hazırdır. Bu istiqamət üzrə Azərbaycanda əmək bazarının diqqətlə öyrənilməsi, ehtiyac duyulan peşə və ixtisasların müəyyənləşdirilməsi, həmin ixtisaslar üzrə müvafiq kursların təşkil olunması, tədris üçün hətta lazım gələrsə, xaricdən aparıcı mütəxəssislərin dəvət edilməsi kimi tədbirlər nəzərdə tutulur. Burada qazanılacaq uğurun sərbəstləşən işçilərin yeni ixtisas qazanmaq istəklərindən asılı olduğu xüsusi vurğulanıb.

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”ın icrasının həyata keçirilməsi məqsədilə yaradılmış komissiyanın sədri, SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov hazırda proqramdan xeyli işçinin yararlandığı bildirib və sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağını vurğulayıb.

 

Müşavirədə görülən işlərlə bağlı idarə rəhbərlərinin hesabatı dinlənilib, ortaya çıxan suallar ətraflı cavablandırılıb, sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqramın ayrı-ayrı maddələri üzrə konkret tapşırıqlar verilib.

 

Eyni kateqoriyadan Digər materiallar

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Gas Production at Umid Field to Exceed 960 MCM in 2020 – SOCAR
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.