Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik dayazsulu “Günəşli” yatağındakı 19-cu özüldən 73 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.
SOCAR-ın mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, quyu Məhsuldar Qatın Balaxanı lay dəstəsinin X horizontundan 2825-2785 metr intervaldan sutkalıq 90 ton neft və 15000 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişdir.
Təmir işləri “28 May” adına NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexi tərəfindən həyata keçirilmişdir.