Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rusumundan azad edilib. ANS PRESS qurumun saytına istinadən məlumatına görə, qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb. Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.
Qeyd edək ki, Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.
Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.
Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi.