Dövlət Gömrük Komitəsinin hesabatında bildilir ki,2013-cü ildə Azərbaycan 2012-ci ilin 482.7 milyon kilovat saat elektrik enerjisinə qarşı 595.67 milyon kilovat saat elektrik enerjisi ixrac edib.
Hesabata görə,keçən il Azərbaycan 2012-ci ilin 24.76 milyon dollarına qarşı 24.85 milyon dollar məbləğində elektrik enerjisi ixrac edib.
2013-cü ildə “Azərenerji” ASC 21.5 milyard kilovat saat elektrik enerjisi istehsal edib.
“Azərenerji” şirkətinə məxsus elektrik stansiyalarının gücü 6 min meqavat təşkil edir. Şirkətin balansında 8 su elektrik 13 istilik elektrik stansiyası var.