Rusiya

Yanvar-martda “Qazpromun” qaz ixracından gəlirləri 36.4% azalıb
Rusiya

Yanvar-martda “Qazpromun” qaz ixracından gəlirləri 36.4% azalıb

2015-ci ilin yanvar-martında “Qazprom” uzaq və yaxın xaric ölkələrinə (Belorusiya və Qazaxıstan istisna olmaqla), $11,483 milyard məbləğində qaz ixrac edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) statistik materiallarında bildirilir. Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-martda “Qazpromun” ixrac gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,4% azalıb. Qaz ixracının həcmi 43.3 milyard kub metr təşkil edib. Uzaq xaric ölkələrinə qaz ixracı […]

I rübdə Rusiyanın neft məhsulları ixracından gəlirləri 27,2% azalıb
Rusiya

I rübdə Rusiyanın neft məhsulları ixracından gəlirləri 27,2% azalıb

2015-ci ilin yanvar-martında Rusiyanın neft məhsulları ixracından gəlirləri 27.2% azalaraq $19,771 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) məlumatında bildirilir. 2015-ci ilin yanvar-martında uzaq xaricə neft məhsullarının ixracı $18,522 milyarda 43.635 milyon ton (24% azalma),MDB ölkələrinə isə $1,249 milyarda 2.169 milyon ton (2.2 dəfə azalma) təşkil edib. $740,8 milyon  məbləğində (1.297 milyon ton ) benzin, $7,642 milyard (13.788 […]

Yanvar-apreldə Rusiya neft hasilatını 1% artırıb
Rusiya

Yanvar-apreldə Rusiya neft hasilatını 1% artırıb

Rusiya Energetika nazirliyinin statistikasına görə, 2015-ci ilin yanvar-aprelində Rusiyada neft və qaz kondensatı hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 1% artaraq 174.843 milyon ton təşkil edib. Neftin ixracı 5.8% artaraq 79.491 milyon ton olub. Neft emalına 92.645 milyon ton neft göndərilib (azalma 1%). Neft emalı zavodlarında  isə ilkin neft emalı 0.1% azalaraq 92.617 milyon ton təşkil edib.

Dağıstanda karbohidrogen hasilatı orta hesabla 5.2% azalıb
Rusiya

Dağıstanda karbohidrogen hasilatı orta hesabla 5.2% azalıb

2015-ci ilin I rübündə Dağıstanda neft  hasilatı 2013-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% azalaraq – 45 min ton təşkil edib. I rübdə qaz hasilatı 9% azalıb və 57 milyon kub metr olub. Hasilatın azalmasına səbəb mövcud quyuların tükənməsi və yeni quyuların istismara verilməməsidir. Yeni quyuların olmaması isə,öz növbəsində geoloji kəşfiyyat işlərinin aparılmaması ilə əlaqədardır.

Rusiya 2015-də uzaq xaricə 153 mlrd kub metr qaz ixrac etməyi planlaşdırır
Rusiya

Rusiya 2015-də uzaq xaricə 153 mlrd kub metr qaz ixrac etməyi planlaşdırır

“Qazpromun” idarə heyəti sədrinin müavini Aleksandr Medvev telefon konfransı zamanı bildirib ki,2015-ci ildə şirkətin uzaq xaricə qaz ixracı proqnozu 152-153 milyard kub metrdir. Onun sözlərinə görə, şirkətin qaz ixracı əvvəlki ilin göstəricilərini üstələyir. “Bizim cari planımız 152-153 milyard kub metrdir”,- deyə Medevedev bildirib. “Lakin qısa müddətli perspektivdə Avropada qaza təlabatın artımı gözlənilmir”,-deyə o bildirib. “Qazpromun” məlumatına görə, 2014-cü ildə uzaq […]

Martda benzin Rusiyanın 15 regionunda bahalaşıb
Rusiya

Martda benzin Rusiyanın 15 regionunda bahalaşıb

Rusiya dövlət ststistika komitəsinin məlumatına görə,benzin mart ayı ərzində 8.2%,ilin əvvəlindən isə 8.4% artıb. Fevralda qiymət artımı 0.1%,yanvarda isə 0.3% təşkil edib. Söhbət avtomobil bazarında satılan benzindən gedir. Martda benzin Rusiyanın 15 regionunda,o cümlədən Saxalin vilayəti və Tatarıstanda bahalaşıb. Tümen və Yakutiya istehsalçıları benzinin qiymətini qaldırmayıblar. Benzinin ucuzlaşdığı yeganə vilayət isə İrkutsk olub (-1.9%). Rosstatın məlumatına görə,ölkədə benzinin müxtəlif markalarının […]

Avropa “Qazprom”u $3,8 mlrd-a qədər cərimə edə bilər
Rusiya

Avropa “Qazprom”u $3,8 mlrd-a qədər cərimə edə bilər

Avropa İttifaqı (Aİ) Rusiyanın “Qazprom” şirkətinə qarşı Şərqi Avropaya qaz təchizatında inhisarçı mövqeyindən sui-istifadə etdiyinə dair ittihamlar irəli sürüb. “Qazprom” ya Aİ ilə razılığa gəlməli, ya da cərimə ödəməyə hazırlaşmalıdır. “Report”un məlumatına görə, Aİ-nin ittihamları 8 Avropa ölkəsində – Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyada “Qazprom”un fəaliyyəti ilə əlaqədar olub. Şirkət bu ölkələrə müqavilə məhdudiyyəti qoyaraq, onları […]

Novak “Türk axının” təxmini marşrutunu müəyyənləşdirib
Rusiya

Novak “Türk axının” təxmini marşrutunu müəyyənləşdirib

Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” kanalına müsahibəsində bildirib ki,”Türk axını” boru kəmərinin mümkün marşrutu Yunanıstan, Makedoniya, Serbiya,Macarıstandan keçərək Avstriyaya – Baumgartnerə qədər uzana bilər. Ancaq qərarı AB qəbul etməlidir. O, qeyd edib ki, Rusiya “Türx axını” kəmərinin keçəcəyi ölkələr ilə fəal danışıqlar aparır. Bununla o qeyd edib ki, marşrut  Serbiya və Macarıstan ərazisində “Cənub Axını” üçün nəzərdə tutulan […]

“Bəlkə Kreml Azərbaycan qazının Yunanıstandan nəqlini pozmaq istəyir?”
Rusiya

“Bəlkə Kreml Azərbaycan qazının Yunanıstandan nəqlini pozmaq istəyir?”

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası qəbul edərək “Türk axını” qaz kəməri layihəsinin yunan ərazilərindən keçməsi məsələsini müzakirə etdi. Virtualaz.org saytı xəbər vermişdi ki, Putin Yunanıstan baş nazirini bu layihənin Afina üçün çox sərfəli olacağını inandırmağa çalışıb. O bildirib ki, “Türk axını” kəməri Yunanıstan üçün hər il yüz milyonlarla dollar stabil tranzit gəliri vəd edir və […]

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 1.65 dəfə azalıb
Rusiya

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 1.65 dəfə azalıb

Federal Gömrük Xidmətindən verilən məlumata görə, Rusiya neftinin ixracı dəyər baxımından keçən ilin eyni dövrü ilə müqayisədə 1.65 dəfə azalaraq 15 milyard dollar təşkil edib. Neft ixracının fiziki həcmi hesabat dövründə 16.4% artaraq 39.2 milyon ton olub. Neftin əsas ixracı uzaq xaric ölkələrinin payına düşüb. Tədarükün dəyəri 14.1 milyard dollar təşkil edib. MDB ölkələrinə neft tədarükünündən ədə edilən gəlir 842 […]

“Qazprom” şirkətinin qaz ixracından əldə etdiyi gəlirlər 1.7 dəfə azalıb
Rusiya

“Qazprom” şirkətinin qaz ixracından əldə etdiyi gəlirlər 1.7 dəfə azalıb

Federal Gömrük Xidmətindən verilən məlumatda bildirilir ki,2015-ci ilin yanvar-fevralında “Qazprom” şirkəti yaxın və uzaq xaric ölkələrinə (Qazaxıstan və Belarus istsina olmaqla) $7,4 milyard dəyərində qaz ixrac edib. FGX-nin məlumatına görə,”Qazprom” şirkətinin ixrac gəliri yanvar-fevralda keçən ilin analoji dövrü ilə müqayisədə 1.7 dəfə azalıb. Qaz ixracı keçən ilki 37.4 milyard kub metrə qarşı 27.5 milyard kub metr təşkil edib. Uzaq xaricə […]

Rusiya qazının orta qiyməti 19.5% azalaraq $269 təşkil edib
Rusiya

Rusiya qazının orta qiyməti 19.5% azalaraq $269 təşkil edib

Federal Gömrük Xidmətinin verdiyi məlumata görə,2015-ci yanvar-fevralında Rusiyadan tədarük edilən qazın orta qiyməti keçən ilin analoji dövrü ilə müqayisədə 19.5% azalaraq min kub metr üçün $269 təşkil edib. 2014-cü ilin yanvar-fevralında tədarük edilən qazın orta qiyməti min kub metr üçün  $334 olmuşdu. Xəbər verildiyi kimi,”Qazprom” şirkətinin yanvar-fevralda qaz tədarükündən əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 dəfə […]

Rusiyada yanvar-fevralda qaz ixracından daxilolmalar 41% azalıb
Rusiya

Rusiyada yanvar-fevralda qaz ixracından daxilolmalar 41% azalıb

Federal Gömrük Xidmətindən verilən məlumata görə,2015-ci ilin yanvar-fevralında Rusiyanın qaz ixracından əldə etdiyi gəlirlər $7,407 milyard təşkil edib ki, bu da 2014-cü ilin analoji göstəricisindən 40.7% azdır. 2015-ci ilin yanvar-fevralında Rusiya 27.5 milyard kub metr qaz ixrac edib (2014-cü ilin yanvarı ilə müqayisədə 26,5% azdır).Həmçinin uzaq xarici ölkələrə – 18.7 milyard kub metr (azalma 29.2%),MDB ölkələrinə – 8.8 milyard kub […]

LUKoil Filanovski yatağının inkişafına 70 milyard rubl sərmayə yatıracaq
Rusiya

LUKoil Filanovski yatağının inkişafına 70 milyard rubl sərmayə yatıracaq

“LUKoil Niznevolzskneft” direktoru Nikolay Lyaşko bildirib ki, Lukoil 2015-ci ildə Şimali Xəzərdə yerləşən Vladimir Filanovski adına yatağın inkişafına 70 milyard rubl (orta illik kursla təqribən 1,1 milyard dollardan artıq) sərmayə yatırmağı planlaşdırır. O qeyd edib ki,yatağım birinci və ikinci mərhələsinə yatırılan sərmayələr 115 milyard rubl təşkil edəcək. İkinci mərhələnin obyektləri Həştərxan vilayəti gəmiqayırma zavodlarında istehsal edilir. Lyaşko qeyd edib ki,2014-cü […]

Rusiya Ermənistan üçün qazın qiymətini artırmaq istəyir
Rusiya

Rusiya Ermənistan üçün qazın qiymətini artırmaq istəyir

Yerli “Joxovurd” qəzeti yazır ki, Rusiya Ermənistana “mavi yanacağı” daha yüksək qiymətə satmaq istəyir. 30 martda Rusiya və Ermənistan baş nazirləri Dmitri Medvedev və Ovik Abramyan arasında telefon danışığı olub. “Söz-söhbətlərə görə, əsas müzakirə mövzusu qaz qiymətlərinin mümkün artımı məsələsi idi- deyə məqalədə deyilir”. Hal-hazırda Rusiya Ermənistana qazın min kub metrini $200 satır. Qəzetin məlumatına görə,indi eskpert qrupu yaradılmasına cəhd […]