Rusiya

Rus şirkətləri reytinqdə ilk yüzlüyə düşə bilməyiblər
Rusiya

Rus şirkətləri reytinqdə ilk yüzlüyə düşə bilməyiblər

“Vedomosti” qəzeti yazır ki,Rusiya şirkətləri dünyanın ən böyük 100 şirkəti arasına düşə bilməyiblər. Ən yaxşı göstərici ilə “Qazprom” şirkəti 56,57 milyard dollarla 170-ci yeri tutub. Financial Times qəzetinin Top-500 şirkəti sıyahısına 5 rus şirkəti daxil olub : “Rosneft” (213-cü yer),”Lukoil” (271),”Norilsk Nikel” (421),”Surqutneftqaz” (441). Bununla belə,keçən il siyahıda 177-ci yeri tutmuş Sberbank bu il siyahıya düşməyib.

Qazprom Türk Axının sahil kordinatlarını Ankaraya təqdim edib
Rusiya

Qazprom Türk Axının sahil kordinatlarını Ankaraya təqdim edib

Türkiyənin energetika naziri Taner Yıldız bildirib ki,Türkiyə Türx Axının quru hissəsinin kordinatlarını alıb. Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə inşa ediləcək Türk Axını kəmərinin uzunluğu 1.090 km olacaq və 2016-cı ilin dekabrında istismara verilməsi gözlənilir. “Gazprom bizim tələbimizə uyğun olaraq qaz kəməri sahəsinin kordinatlarını bizə təqdim edib”,- deyə Taner Yıldız bildirib. Türkiyənin energetika naziri elan edib ki,kəmərin birinci xəttinin inşasını […]

“Lukoil” Xəzərdə qaz layihələrini təxirə salır
Rusiya

“Lukoil” Xəzərdə qaz layihələrini təxirə salır

“Lukoil” Xəzərdə qaz yataqlarının işlənməsini rentabelli olmaması üzündən təxirə salır. Bu barədə şirkətin vitse prezidenti Leonid Fedun bildirib. “Lukoil” şirkətinə yaxın mənbə xəbər verib ki,şirkət “Xvalınsk” (ehtiyatları 332 milyard kubmetr qaz və 18 milyon ton kondensat), “Kuvıkina” (160 milyard kub metr qaz və 107 milyon barel kondensat) və “107-ci kilometr” yataqlarının işlənməsini təxirə salır. “Lukoil” şirkətinin Xəzərdə 8 neft-qaz layihəsi […]

Moskva Transxəzər qaz kəməri ilə bağlı birtərəfli addımlara qarşıdır
Rusiya

Moskva Transxəzər qaz kəməri ilə bağlı birtərəfli addımlara qarşıdır

“Moskva hesab edir ki, Transxəzər qaz kəmərinin tikintisi il bağlı birtərəfli fəaliyyət region ölkələri arasında inamın itirilməsinə gətirib çıxaracaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Azərbaycanı və Türkmənistanı birləşdirəcək Transxəzər qaz kəməri Avropaya Rusiyadan yan keçməklə qaz tədarük edəcək “Cənub qaz dəhlizin”ə birləşmək üçün lazımdır. Aİ,Bakı və Aşqabadın fikrincə Xəzərin dibi ilə qaz kəmərinin tikintisi üçün xəttin […]

LUKoil ən azı 10 il ərzində Xəzər şelfi üçün güzəştləri saxlamağı təklif edir
Rusiya

LUKoil ən azı 10 il ərzində Xəzər şelfi üçün güzəştləri saxlamağı təklif edir

Lukoil ən azı 10 il ərzində Xəzər dənizindəki yataqları üçün mineral hasilat vergisinə (MHV) tətbiq edilən güzəştləri saxlamağı təklif edib. Bu barəd şirkət prezidenti Vahid Ələkbərov bildirib. “Mən ilk növbədə neft qiymətinin azalmasına həssas olan layihələr haqqında danışıram. Bunlara Xəzər dənizi akvatoriyasında qismən və tam yerləşmiş yataqlar daxildir. Bunlara ən azı 10 il ərzində MHV rejimində güzəştlər tətbiq edilməlidir”,- deyə […]

“Qazprom”un “Türk axını” boru xəttində qazın nəqli üçün lisenziyası yoxdur
Rusiya

“Qazprom”un “Türk axını” boru xəttində qazın nəqli üçün lisenziyası yoxdur

“Qazprom” “Türk axını” boru xətti boyu qazın nəqli ilə əlaqədar Türkiyənin enerji bazarının tənzimlənməsi orqanına (EPDK) müraciət etməyib. Bu barədə Trend-ə EPDK-dan məlumat verilib. EPDK-nın lisenziyası olmadan ölkə ərazisində neft və qazın satışı, habelə nəqli mümkün deyil. Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyi ötən həftə bəyan etmişdi ki, “Türk axını” boru xəttinin tikin işlərinə iyun ayının ilk dekadasında başlayacaq.  

Norveç Qərbi Avropaya qaz ixracatında “Qazpromu” geridə qoydu
Rusiya

Norveç Qərbi Avropaya qaz ixracatında “Qazpromu” geridə qoydu

Bu ilin ilk rübünə aid məlumatlara görə, Norveçin Qərbi Avropa ölkələrinə qaz ixracı 29,2 milyard kubmetr təşkil edib. Həmin dövrdə Rusiya 20,2 milyard kubmetr qaz ixrac edib. Norveç mediasının Norveçin qaz operatoru Gassco-nun və Rusiyanın dövlət enerji şirkəti “Qazpromun” məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, ötən ilin son rübündə Qazprom Qərbi Avropa ölkələrinə Norveçdən nəql etdiyi 29,5 milyard kubmetrə  qarşı 19,8 […]

Türkiyə “Türk axının” işə düşməsini 2017-ci ildən sonra gözləyir
Rusiya

Türkiyə “Türk axının” işə düşməsini 2017-ci ildən sonra gözləyir

Türkiyənin Moskvadakı səfiri Ümit Yardım bildirib ki,”Türk axını” boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya gözlənilir. Daha əvvəl “Qazprom” isə Türkiyəyə qaz tədarükünə  2016-cı ilin dekabrında başlayacağını bildirmişdi. Moskva və Ankara arasında tikinti üzrə məcburi müqavilə hələ imzalanmayıb və boru kəmərinin istismara verilməsi 2017-ci ildən sonraya  gözlənilir. Bu barədə İnterfax müsahibəsində türkiyənin moskvadakı səfiri Ümit Yardım bildirib. Səfir qeyd edib […]

“Qazprom” Türkiyədən icazəsiz “Türk axını”nın tikintisinə başladı
Rusiya

“Qazprom” Türkiyədən icazəsiz “Türk axını”nın tikintisinə başladı

Rusiyanın “Qazprom” şirkəti Türkiyənin icazəsi olmadan “Türk axını” kəmərinin tikintisinə başlayıb. Bu barədə “Kommersant” qəzeti yazıb. Beynəlxalq praktikada ilk dəfədir ki, belə hal baş verir. Layihədə iştirak edən ölkələr arasında öhdəliklərə dair müqavilə imzalanmadan kəmər tikintisi başlayır. Analitiklərin qənaətinə görə, bu, Rusiyanın “Türk axını” kəmərinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini 2018-ci ilə qədər tikib başa çatdırmaq planlarından irəli gəlir. Lakin […]

“Qazprom”: “Türk axınını” 2016-cı ildə istismara vermək qərara alınıb
Rusiya

“Qazprom”: “Türk axınını” 2016-cı ildə istismara vermək qərara alınıb

İnterfaks agentliyi xəbər verir ki,”Türk axını” boru kəmərinin ilk xəttini 2016-cı ildə istismara veriləcək. “Qazpromın” mətbuat xidməti məlumat verir ki,Türkiyənin energetika naziri ilə danışıqların nəticələrinə görə,şirkət rəhbəri Aleksey Miller bildirib ki, “Türk axını boru kəmərinin 2016-cı ilin dekabrında istismara verilməsi və ilk qazın tədarükünün başlanması qərara alınıb”. “Qazprom” “Türk axını” üzrə öz işlərində bugünkü razılaşmalara əsaslanacaq.” “Türk axının” birinci xətti […]

Yanvar-martda Rusiyanın neft ixracından gəlirləri 43.5% azalıb
Rusiya

Yanvar-martda Rusiyanın neft ixracından gəlirləri 43.5% azalıb

2015-ci ilin yanvar-martında Rusiyanın neft ixracı dəyər baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 43.5% azalaraq $22,726 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) materiallarında deyilir. Neft ixracının fiziki həcmi hesabat dövründə 12.7% artaraq 59.3 milyon ton təşkil edib. Neft ixracının əsas həcmi uzaq xaric ölkələrinin payına düşüb: tədarükün dəyəri $21,3 milyard təşkil edib. MDB ölkələrinə neft ixracı […]

Yanvar-martda “Qazpromun” qaz ixracından gəlirləri 36.4% azalıb
Rusiya

Yanvar-martda “Qazpromun” qaz ixracından gəlirləri 36.4% azalıb

2015-ci ilin yanvar-martında “Qazprom” uzaq və yaxın xaric ölkələrinə (Belorusiya və Qazaxıstan istisna olmaqla), $11,483 milyard məbləğində qaz ixrac edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) statistik materiallarında bildirilir. Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-martda “Qazpromun” ixrac gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,4% azalıb. Qaz ixracının həcmi 43.3 milyard kub metr təşkil edib. Uzaq xaric ölkələrinə qaz ixracı […]

I rübdə Rusiyanın neft məhsulları ixracından gəlirləri 27,2% azalıb
Rusiya

I rübdə Rusiyanın neft məhsulları ixracından gəlirləri 27,2% azalıb

2015-ci ilin yanvar-martında Rusiyanın neft məhsulları ixracından gəlirləri 27.2% azalaraq $19,771 milyard təşkil edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) məlumatında bildirilir. 2015-ci ilin yanvar-martında uzaq xaricə neft məhsullarının ixracı $18,522 milyarda 43.635 milyon ton (24% azalma),MDB ölkələrinə isə $1,249 milyarda 2.169 milyon ton (2.2 dəfə azalma) təşkil edib. $740,8 milyon  məbləğində (1.297 milyon ton ) benzin, $7,642 milyard (13.788 […]

Yanvar-apreldə Rusiya neft hasilatını 1% artırıb
Rusiya

Yanvar-apreldə Rusiya neft hasilatını 1% artırıb

Rusiya Energetika nazirliyinin statistikasına görə, 2015-ci ilin yanvar-aprelində Rusiyada neft və qaz kondensatı hasilatı keçən ilin analoji dövrü ilə müqayisədə 1% artaraq 174.843 milyon ton təşkil edib. Neftin ixracı 5.8% artaraq 79.491 milyon ton olub. Neft emalına 92.645 milyon ton neft göndərilib (azalma 1%). Neft emalı zavodlarında  isə ilkin neft emalı 0.1% azalaraq 92.617 milyon ton təşkil edib.