Rusiya

Rusiyanın neft-qaz gəlirləri 32% azalıb
Rusiya

Rusiyanın neft-qaz gəlirləri 32% azalıb

Rusiya Hesablama Palatsının hesabatında bildirilir ki, 2016-cı ilin yanvar-fevralında Rusiya büdcəsinə daxil olan neft-qaz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 32% azalaraq 687,68 milyard rubl təşkil edib. 2015-ci ilin yanvar-fevralında Rusiya büdcəsinə  1.5 trilyon rubl neft-gaz gəlirləri daxil olmuşdu. Hökümətin proqnozuna əsasən, 2016-cı ildə gəlirlərin ümumi məbləği  6.04 trilyon rubl təşkil edəcək. 2016-cı ilin ilk iki ayı ərzində büdcənin […]

“LUKoil” Xəzər yataqlarının işlənməsinə yönəldəcəyi uzunmüddətli sərmayələrin həcmini açıqlayıb
Rusiya

“LUKoil” Xəzər yataqlarının işlənməsinə yönəldəcəyi uzunmüddətli sərmayələrin həcmini açıqlayıb

Həştərxanda dənizçilik  kollegiyasının iclasında “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarov bildirib ki, 2016-2045-ci illərdə Xəzər dənizində “Filanovski”  yatağının işlənməsinə 882 milyard rubl sərmayə yatrılacaq. “Layihənin birinci hissəsi avqustda istismara veriləcək. Ikinci və üçüncü hissələr 2017 və 2019-cu illərdə istismara veriləcək. 2016-cı ildən 2045-ci ilədək sərmayələrin həcmi  2016-cı ilin qiymətləri ilə 882 milyard rubl həcmində olacaq”,- deyə o bildirib. Vladimir Filanovski adına […]

Yanvarda Rusiyanın neft ixracından gəlirləri 43.7% azalıb
Rusiya

Yanvarda Rusiyanın neft ixracından gəlirləri 43.7% azalıb

2016-cı ilin yanvarında Rusiya neft ixracını dəyər baxımından 43.7% azaldıb – $4,42 мilyarda qədər. Bu haqda Rusiya Federal Gömrük Xidmətinin hesabatından məlumat verilir. Neft ixracının fiziki həcmi 19.2 milyon ton təşkil edib ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 2.3% azdır. 2016-cı ilin yanvarında neft məhsulları ixracı 57% azalaraq 2015-ci ilin yanvarındakı $7 milyarddan $3 milyarda qədər azalıb.

Bank of China “Qazprom” şirkətinə 5 il müddətinə 2 milyard avro kredit verəcək
Rusiya

Bank of China “Qazprom” şirkətinə 5 il müddətinə 2 milyard avro kredit verəcək

Rusiyanın “Qazprom” şirkəti Bank of Chinadan 5 il müddəti üçün 2 milyard avro kredit alacaq. Bu şirkət tarixində bir kredit təşkilatından maliyyə həcmi baxımından cəlb edilmiş ən böyük sövdələşmə və çin bankı ilə ilk ikitərəfli kredit müqaviləsidir.  “Şanxayda “Qazprom” və Bank of China Limited, London Branch beş il müddəti üçün 2 milyard avro məbləğində kredit müqaviləsi imzalayıblar”,- deyə Qazprom şirkətinin […]

Fevralda Urals markalı neftin orta qiyməti iki dəfə azalıb
Rusiya

Fevralda Urals markalı neftin orta qiyməti iki dəfə azalıb

Rusiya Maliyyə nazirliyinin məlumatında bildirilir ki,fevrald Urals markalı neftin orta qiyməti illik ifadədə iki dəfə azalıb və bir barel üçün 30.55 dollar təşkil edib. 2016-cı ilin yanvar-fevralında Urals markalı neftin orta qiyməti bir barel üçün $29,69 olub. 2015-ci ilin yanvar-fevralında Urals markalı neftin orta qiyməti bir barel üçün $51,81 idi.

Qazprom Türkiyənin özəl şirkətlərinə qaz tədarükünü 10% azaldıb
Rusiya

Qazprom Türkiyənin özəl şirkətlərinə qaz tədarükünü 10% azaldıb

Reyter agentliyi Türkiyənin energetika nazirliyinə istinadən məlumat verir ki,Qazprom ödənilməmiş hesablar üzündən özəl şirkətlərə qaz tədarükün 10% azaldıb. Mənbənin sözlərinə görə,Türkiyənin özəl şirkətləri Qazpromun 10.25% endirimi ləğv etməsindən sonra ödənişi ödəməkdən imtina ediblər. Əvvələr İnterfax agentliyi öz mənbələrinə istinadən xəbər verirdi ki,Qazprom alıcılar ilə qiymət mübahisəsi üzündən Türkiyəyə qaz ixracını əhəmiyyətli dərəcədə azaldıb. Sonuncu hesabat tarixi – 24 fevralda Rusiya […]

Ötən il “Rosneft” rəhbərlərinin orta illik gəlirləri 31% artıb
Rusiya

Ötən il “Rosneft” rəhbərlərinin orta illik gəlirləri 31% artıb

Caspian Barrel “Rosneft” şirkətinin rüblük hesabatına istinadən məlumat verir ki, şirkətin idarə heyətinin üzvlərinin gəlirləri 2015-ci ildə əvvəlki illə müqayisədə 31,5% artıb – 3,682 milyard rubl. İdarə heyətinin tərkibinə 11 nəfər daxildir. Beləliklə, 2015-ci ildə idarə heyəti üzvünün orta gəliri 335 milyon rubl təşkil edib. Bir il əvvəl isə onlar orta hesabla 254,3 milyon rubl əldə etmişdilər.

Risklər Putinin OPEC-lə razılaşmasını kölgə altında qoyur
Rusiya

Risklər Putinin OPEC-lə razılaşmasını kölgə altında qoyur

Nə tənəzzül, nə də ki, gəlirlərin həddindən çox azalması Rusiya Prezidenti Vladimir Putini Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qoşulmağa və qiymətlərin qalxması üçün neft hasilatını azaltmağa inandıra bilmədi. Onun bu məsələ ilə əlaqədar səbəbləri siyasi deyil daha çox dövlətin maraqları ilə bağlı ola bilər.   Rusiyanın Enerji Naziri Aleksandr Novak və onun Səudiyyə Ərəbistanından, Venesueladan və Qətərdən olan həmkarları […]

Rusiyada ÜDM neft amilinə görə 2,5% azalacaq
Rusiya

Rusiyada ÜDM neft amilinə görə 2,5% azalacaq

“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiyada ÜDM-nin 2016-cı ildə 2,5% azalacağını proqnozlaşdırıb. BBC-nin Rusiya xidmətinin məlumatına görə, agentlik daha əvvəl ÜDM-nin 2016-cı ildə 1% azalacağını ehtimal etsə də, neft qiymətlərinin enməsi və Rusiya hökumətinin dövlət borcunun artmasının qarşısını almaq məqsədilə fiskal siyasətin daha da sərtləşdirilməsi səbəbindən proqnozuna yenidən baxmalı olub. Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi də yanvar ayında ÜDM-də proqnozlaşdırdığı […]

Qazprom 2016-cı il üçün qaz qiymətlərini negativ ssenaridə $169-dən hesablayıb
Rusiya

Qazprom 2016-cı il üçün qaz qiymətlərini negativ ssenaridə $169-dən hesablayıb

Rusiyanın “Qazprom” şirkəti 2016-cı il üçün büdcəsində uzaq xaricə qaz ixracının orta qiymətini hər 1000 kub metr üçün 2015-ci ildəki $243-ə qarşı $199-dan hesablayıb. Ayrıca olaraq 2016-cı ildə qaz ixrac qiymətlərinin stress ssenarisi hesablanıb – 1000 kub metr üçün $169. Şirkətin büdcəsində neft qiymətləri bir barel üçün $50 və $35 (neqativ ssenari) nəzərdə tutulub.

Yanvar ayında Rusiya neft 1,6 dəfə ucuzlaşıb
Rusiya

Yanvar ayında Rusiya neft 1,6 dəfə ucuzlaşıb

Rusiya Maliyyə Nazirliyinin eksperti Aleksandr Sakoviç bildirib ki,2016-cı ilin yanvarında Rusiyanın Urals markalı neftinin bir barelinin qiyməti $28,75 təşkil edib. Bir il əvvəl, yanvar ayında Rusiya neftinin orta qiyməti bir barel üçün $ 46,58 təşkil edirdi. Belə ki, bu ilin əvvəlindən, Urals markalı neftin qiyməti 1,6 dəfə azalıb. Ümumiyyətlə, 2015-ci ildə Rusiya neftinin orta qiyməti bir barel üçün $ 51.23, […]

2015-ci ildə Rusiya qaz hasilatını cüzi azaldıb
Rusiya

2015-ci ildə Rusiya qaz hasilatını cüzi azaldıb

2015-ci ilin nəticələrinə görə, Rusiyada qaz hasilatı 2.6% azalaraq 554 milyard kub metr təşkil edib. Rosstatın məlumatına görə, Rusiyada səmt qazın hasilatı 7.9% artaraq 79.5 milyard kub metr olub. Ümumilikdə, ötən ildə Rusiyada 633.3 milyard kub metr qaz hasil edilib. 2014-cü ilin nəticələrinə görə isə,Rusiyada hasil edilmiş 640.3 milyard kub metr qazın 444 milyard kub metri “Qazprom” şirkətinin payına düşüb.

Yanvar-noyabrda  Rusiyanın  təbii qaz ixracından gəlirləri 24,2% azalıb
Rusiya

Yanvar-noyabrda  Rusiyanın  təbii qaz ixracından gəlirləri 24,2% azalıb

2015-ci ilin yanvar-fevralında Rusiyanın qaz ixracından əldə etdiyi gəlirlər 24.2% azalaraq  38,4 milyard dollar təşkil edib. Təbii qaz ixracının fiziki həcmi keçən ilin analoji dövrünün 158.7 milyard kub metrinə qarşı 167.2 milyard kub metr təşkil edib. Uzaq xaric ölkələrinə təbii qaz ixracının fiziki həcmi 115 milyard kub metrdən 130 milyard kub metrə qədər artdığı halda,MDB ölkələrinə isə qaz ixracı 16% […]

Yanvar-noyabrda Rusiyanın neft ixracından gəlirləri 1.7 dəfə azalıb
Rusiya

Yanvar-noyabrda Rusiyanın neft ixracından gəlirləri 1.7 dəfə azalıb

2015-ci ilin yanvar-noyabrında Rusiyanın neft ixracı dəyər baxımından keçən ilin analoji dövrü ilə müqayisədə 43% azalaraq 83.325 milyard dollar təşkil edib. Hesabat dövründə neft ixracının fiziki həcmi hesabat dövründə 8.6% artaraq 222.318 milyon ton olub. Neft ixracının əsas həcmi uzaq xaric ölklərinin payına düşüb : tədarükün həcmi 78,054 milyard dollar təşkil edib. MDB ölkələrinə neft tədarükündən əldə edilən gəlirlər 5.271 […]