logo

Azərbaycan gələcəkdə 5 min MVt gücündə bərpa olunan enerji obyektləri tikməyi planlaşdırır

Views: 81

Hazırda Azərbaycanda bərpaolunan enerji (BOE) gücləri 1312 MVt təşkil edir, perspektivdə ümumilikdə 5 MVt gücündə enerji obyektlərini istismara vermək planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.

“Azərbaycanın hazırda hidro daxil olmaqla bərpaolunan enerji gücləri 1312 MVt-dır. Qarşıdakı illərdə istismara veriləcək 1 min MVt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 QV-lıq yeni layihələr üzrə fəaliyətimiz enerji balanslnda yaşıl enerjinin mövqeyini gücləndirəcək”, – Şahbazov Twitter hesabında yazıb.

Hazırda Azərbaycanın enerji sisteminin gücü təxminən 7,8 min MVt təşkil edir.

İnterfaks-Azərbaycan

0

Your Cart