logo

Şahbazov: Azərbaycandan İtaliyaya qaz ixracı 9,5 milyard kubmetrə çatdırılacaq

Views: 323

Baxmayaraq ki, İtaliyanın “Şahdəniz-2” müqaviləsi çərçivəsində Azərbaycandan alacağı qaz həcmi 8 milyard kubmetr müəyyənləşdirilib

2022-ci ildə İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında Azərbaycan qazının ixracı 9,5 milyard kubmetr təşkil edəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.

2021-ci ildə Azərbaycandan İtaliyaya qaz ixracı təxminən 7 milyard kubmetr təşkil edib.

“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacaq”, – Şahbazov bu gün Bakıda keçirilən “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfransda bildirib.

Onun sözlərinə görə, TAP qaz kəmərinin genişlənməsi yalnız İtaliyaya deyil, həm də Avropanın digər ölkələrinə qaz nəqlini artırmağa imkan yaradacaq. “Bu səbəbdən, bütün maraqlı tərəfləri bu prosesdə (qaz kəmərinin genişlənməsi – İF) iştiraka dəvət edirik”, – nazir vurğulayıb.

Şahbazov əlavə edib ki, 31 dekabr 2020-ci ildən etibarən TAP ilə Avropaya 10 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.

Nazir TAP qaz kəmərinin genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin mümkünlüyünü vurğulayıb. O, həmçinin İtaliya şirkətlərini dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl enerji” və “yaşıl” hidrogen ixracının məsələlərində əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırıb. 

İnterfax-Azərbaycan

0

Your Cart