logo

İraq İrandan qaz idxalını artırmağı planlaşdırır

Views: 293

İraqın Energetika Nazirliyi İrandan təbii qaz idxalını artırmağa hazır olduğunu bildirib. Bu haqda İRNA agentliyi nazirliyin sözçüsü Əhməd Musaya istinadən məlumat yayıb.

Məlumata əsasən, nazirlik İran rəsmiləri ilə tədarükün artırılması ilə bağlı danışıqlar aparır və bununla bağlı Tehrana nümayəndə heyəti göndərəcək. O, qrupun üzvləri və İrana səfərlərinin tarixi ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Əhməd Musa qeyd edib ki, nazirlik həmçinin İrandan maye yanacaq idxalı üzərində məsləhətləşmələr aparır.

İslam Respublikası İraqa qaz ixracını əvvəlki 50 milyon kubmetrlə müqayisədə gündə təxminən 5 milyon kubmetrə endirib. Buna səbəb isə iki tərəf arasında maliyyə problemlərinin ortaya çıxması olub. 

İraqın bu ölkədən əvvəlki qaz idxalına görə İrana təxminən 7 milyard dollar borcu olduğu bildirilir.

İraq enerji ehtiyacının üçdə birindən çoxunu İran İslam Respublikasından elektrik enerjisi və təbii qaz idxal etməklə ödəyir.

Hələ noyabr ayında Musa ölkəsinin istilik elektrik stansiyalarının istismarı üçün İrandan aldığı qazın pulunu ödəməyə hazır olduğunu bəyan etmişdi, amma görünür ki, indiyə qədər məsələ gəllini tapmayıb.

0

Your Cart