2019-cu ildə “Azərenerji” ASC-nin (elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) xalis zərəri 230,196 milyon manat ($135,4 milyon) təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 25,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib
2019-cu ildə cəmiyyətin gəlirləri 1 milyard 106,576 milyon manat (artım 5,6%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 1 milyard 105,679 milyon manat gəlir (artım 5,8%) əldə edib.
2019-cu ildə cəmiyyətin əməliyyat mənfəəti 182,55 milyon manat (artım 2,3 dəfə) təşkil edib. Bu dövrdə valyuta vəsaitlərinin təkrar qiymətləndirilməsi nəticəsində “Azərenerji”nin xalis zərəri 3,229 milyon manat (azalma 4,4 dəfə), kredit borclarının silinməsindən gəlirləri 2018-ci ildə qeydə alınmış 84,84 milyon manata qarşı 171 min manat təşkil edib.
Bundan başqa, 2019-cu ildə cəmiyyətin xalis maliyyə xərcləri 41,322 milyon manat, əmlak, tikili və avadanlıqla bağlı əməliyyatların yenidən qiymətləndirilməsindən itkiləri 370,311 milyon manat təşkil edib.
Nəticədə 2019-cu ilin yekunları üzrə “Azərenerji” ASC-nin vergi ödənilənədək zərəri 194,327 milyon manat (artım 3,3 dəfə), cəmiyyət tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 34,671 milyon manat (azalma 7,1 dəfə) məbləğində olub.
2019-cu ildə “Azərenerji”nin aktivləri 5,6% – 3 milyard 922,852 milyon manatadək artıb, uzunmüddətli aktivləri 4,3% – 3 milyard 86,305 milyon manatadək azalıb, qısamüddətli aktivləri 10,9% – 836,547 milyon manatadək artıb.
Qeyd olunan dövrdə “Azərenerji”nin məcmu kapitalı 16,2% – 1 milyard 378,344 milyon manatadək azalıb, nizamnamə kapitalı 1 milyard 760,495 milyon manat (dəyişməyib) təşkil edib.
2019-cu ildə cəmiyyətin öhdəlikləri 0,7% – 2 milyard 544,508 milyon manatadək artıb, uzunmüddətli öhdəlikləri 2 milyard 217,676 milyon manat (artım 49,7%), qısamüddətli öhdəlikləri 326,832 milyon manat (azalma 3,2 dəfə) təşkil edib.
2019-cu ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 1,8 dəfə – 649,621 milyon manatadək artıb.