Qaraçaqanak Konsorsiumu və Qazaxıstan uzunmüddətli mübahisənin həllini başa çatdırdı
Karaçaqanak Petroleum Operating Konsorsiumu və Qazaxıstan hökuməti “Karaçaqanak” qaz-kondensat yatağının işlədilməsi zamanı satışdan əldə olunan gəlirin bölünməsi ilə bağlı çoxillik mübahisənin həllini başa çatdırıb.
Bu barədə Caspian Barrel Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Saziş Energetika nazirliyi, Maliyyə nazirliyi və səlahiyyətli qurum – PSA LLP və Qaraçaqanak layihəsinin səhmdarları: Eni, Shell, Chevron və Lukoil tərəfindən imzalanıb.
Razılaşma çərçivəsində konsorsium artıq Qazaxıstana 1 milyard 305 milyon dollar ödənişi başa çatdırıb.
Qeyd edək ki, 2019-cu ilin nəticələrinə görə, “Qaraçaqanak” yatağında 11,27 mln ton maye karbohidrogen hasil edilib. “Qaraçaqanak” istehsal həcmlərinə görə Qazaxıstanın “Tengiz” və “Kaşağan” yataqlarından sonra üçüncü neft hasilatçısıdır.
“Tərəflər hasilatın bölüşdürülməsinin son metodologiyası barədə razılığa gəldilər. Bunun nəticəsində Qazaxıstan 2037-ci ilədək neftin orta qiymətinin bir barrel üçün 40-50 dollar olan qiymətində hər il üçün əlavə 600 milyon dollar alacaq”, deyə Qazaxıstan Energetika nazirliyinin məlumatında bildirilir.
Xatırladaq ki, Qaraçaqanak layihəsi Qazaxıstan Respublikası hökuməti ilə Shell (29.25%), ENI (29.25%), Chevron (18%), Lukoil (13,5%) və KazMunayGaz (10%) arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.
2015-ci ildə Qazaxıstan hökuməti ilə Konsorsium arasında mənfəətin bölüşdürməsinin müqavilədə göstərilən metodologiyaya uyğun aparılmasına üzrə fikir ayrılığı yarandı.
Yaranan ticari mübahisələri həll etmək üçün Qazaxıstan Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinin tələb etdiyi kimi beynəlxalq iqtisadi məhkəməyə müraciət etdi. Arbitraj prosesi davam edərkən hökumət və Konsorsium qarşılıqlı məqbul həll yolu tapmaq və fikir ayrılıqlarını həll etmək üçün danışıqlar apardı və 2020-ci ilin dekabrında bununla bağlı sənəd imzaladılar.