logo

Qazaxıstanın “Tengiz” neft yatağındakı əsaslı təmir işlərinin təxirə salındığı təsdiqləndi

Views: 81

Qazaxıstanın energetika naziri Nurlan Noqayev çərşənbə axşamı keçirdiyi brifinqdə Xəzər sahilində yerləşən “Tengiz” neft yatağında planlaşdırılan əsaslı təmir işlərinin 2020-ci ildən 2021-ci ilə qədər təxirə salındığını bildirib

“Bu il yatağın texnoloji təmir işləri ilə əlaqədar üçün bağlanması planlaşdırılırdı, amma pandemiya səbəbi ilə və pandemiya zamanı 27 min insanın təxliyyə olunduğu nəzərə alınaraq həyata keçirilməli olan bəzi iş növlərində məhdudiyyətlərin olması üzə çıxdı. Bununla əlaqədar olaraq “Tengizchevroil” şirkətinin rəhbərliyi (“Tengiz” yatağının istismarı ilə məşğul olur) bizimlə birlikdə təmir işlərinin gələn ilə təxirə salınması barədə qərar verdi”, – deyə nazir bildirib.

Noqayev təmirlə əlaqədar yataqda işlərin 2021-ci ildə 1,5 ay dayandırılacağını açıqlayıb.

Qeyd edək ki, “Tengizchevroil” şirkəti Qazaxıstanın Atıra bölgəsindəki “Tengiz” və “Korolyov” neft yataqlarının istismarı ilə 1993-cü ildən məşğul olur. 2019-cu ildə şirkət 29,79 milyon ton neft (237,7 milyon barel) istehsal edib. “Tengiz”in ümumi kəşf edilmiş ehtiyatları 3,2 milyard ton (25,5 milyard barel),  “Korolyov” yatağınınkı isə 200 milyon ton (1,6 milyard barel) təşkil edir.

“Tengizchevroil” şirkətinin səhmdarları ABŞ-ın “Chevron” (iştirak payı 50%) və ExxonMobil Kazakhstan Ventures Inc (% 25) şirkətləri, Qazaxıstanın “KazMunayGaz” milli şirkəti (20%), habelə Rusiya-Amerika Lukarco (5%) ortaq müəssisəsidir.  

Caspian Barrel

0

Your Cart