logo

Azərbaycan birinci yarımillikdə İtaliyaya neft ixracını 5,2% artırıb

Views: 346

Azərbaycan 2020-ci ilin birinci yarısında İtaliyaya 5 milyon 959 min 479,7 ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

İtaliyaya ixrac edilmiş neftin dəyəri $2 milyard 440 milyon 415,56 min (artım 11,3%) təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan neft ixracının 38,8%-i İtaliyanın payına düşüb.

Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına Çin ($217 milyon 978,26 min dəyərində 1 milyon 392 min 236,2 ton), Xorvatiya ($242 milyon 930,99 min dəyərində 852 min 657,86 ton), İsrail ($324 milyon 744,05 min dəyərində 809 min 101,69 ton), Hindistan ($282 milyon 904,89 min dəyərində 773 min 700,11 ton), Ukrayna ($202 milyon 127,48 min dəyərində 764 min 528,86 ton), Yunanıstan ($233 milyon 215,97 min dəyərində 609 min 361,33 ton) və Vyetnam ($132 milyon 705,95 min dəyərində 518 min 793 ton) da daxil olub.

Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunmuş $5 milyard 339 milyon 488,25 min dəyərində neftin bəyan edilmiş həcmi 15 milyon 343 min 452,5 ton təşkil edib.

interfax

0

Your Cart