logo

SOCAR dənizdəki işçilərini təxliyyə etdi

Views: 74

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün axşam saatlarından etibarən ölkədə hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar işçilərini təxliyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR-ın dənizdə işləyən təxminən 1 000-ə yaxın işçisi sahilə təxliyyə edilib:

“Dəniz platformalarında və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.

0

Your Cart