logo

Azərbaycanda 10 mlrd kVt/saat elektrik enerjisi istehsal edilib

Views: 61

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 9 mlrd. 991 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə ölkədə 9 mlrd. 644,5 mln. kVt/saat (artım 4,7%) əmtəəlik elektrik enerjisi istehsal olunub.

Yanvar-may aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı – İF) istilik elektrik stansiyaları 8 mlrd. 895,9 mln. kVt/saat (artım 5,3%), su elektrik stansiyaları 683,3 mln. kVt/saat (azalma 8,2%) əmtəəlik elektrik enerjisi istehsal edib.

Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 48,6 mln. kVt/saat (artım 7,6 dəfə), günəş enerjisinin istehsal həcmi 16,7 mln. kVt/saat (artım 10,6%) təşkil edib.

Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur.

0

Your Cart