logo

SOCAR-da böyük kadr dəyişikliyi

Views: 679

Azərbaycan Dövlət Neft Şirkərinin (SOCAR) müəssisələrində yeni rəhbər şəxslər təyin olunub.

Caspian Barrel-ə SOCAR-dan verilən məlumata görə, üç Neft və
Qazçıxarma İdarəsin (NQÇİ) rəisi vəzifəsindən azad olunub. Bundan əlavə iki idarə də də rəislər dəyişdirilib.

“Azneft” İstehsalat Birliyinə yeni Baş mühəndis – Baş Direktorun birinci müavini Rövşən Qarayev təyin edilib. Qarayev bundan öncə
“Azneft” İB Qaz anbarlarının istismarı İdarəsinin rəisi vəzifələrində çalışıb.

Rövşən Qarayev

İB-in keçmiş Baş mühəndisi – Baş Direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun müavini vəzifəsinə çalışır.

Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıb. Şəfiyev bu təyinata qədər N.Nərimanov adına NQÇİ-nin rəisi vəzifəsində çalışıb.

SOCAR-ın Fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə “Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-nin müdiri vəzifəsinə isə SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.

“Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-yə Ayaz Bağırov (əvvəl bu idarədə baş mühəndis işləyib), H.Z.Tağıyev adına NQÇİ-yə Fəxri Haqverdiyev (öncə “Bibiheybətneft” NQÇİ-nin rəisi vəzifəsində çalışıb), “Bibiheybətneft” NQÇİ-yə Salman Əliyev ( bundan əvvəl H.Z.Tağıyev adına NQÇİ-nin rəisi olub) təyin ediliblər.

Qeyd edək ki, “Azneft” İB-nin N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın Baş Ofisinin Qazma şöbəsinin rəis vəzifələri hələlik vakant olaraq qalır.  

0

Your Cart