logo

DTX “Azneft”in baş direktorunu təltif edib

Views: 98

Daşqın İskəndərova medal təqdim eməklə Dövlət Təhlükəsizlik Xidməti “Azneft” İstehsalat Birliyinin kollektivinə olan böyük etimadını göstərdiyini açıqlayıb.

DTX

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub.

“Azneft”dən Qaynarinfo-ya verilən məlumata görə, təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının D. İskəndərova təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin “Azneft” İstehsalat Birliyinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.

Baş direktor belə bir şərəfli ada layiq görüldüyünə görə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkürünü ifadə edib.

0

Your Cart