logo

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb

Views: 84

2019-cu ili iki ayın nəticələrinə görə, Azərbaycan elektrik enerjisinin ixracında dəyər ifadəsində böyük nailliyyətlər əldə edib.

Azərenerji” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 6,151 mlrd. kVt/s elektrik enerjisi istehsal edib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 153 mln. kVt/s və ya 2,5% çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5,998 milyard kVt/s elektrik enerjisi istehsal edilmişdi.

Bundan əlavə elektrik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 mln. kVt/s elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 mln. kVt/s ixrac edilib. Bu isə 30 mln. kvt/s və ya 23% artım deməkdir.

Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1% çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan tələbat tempinin getdikcə yüksəldiyini göstərir. 

Caspian Barrel Dövlət Gömrük Komitəsinin hesabatına istinadən bildirir ki, 2019-cu ilin yanvar ayında Azərbaycan 11 116,31 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Cari ilin fevralında isə bu göstərici 19 354,89 min ABŞ dolları təşkil edib. İki ayın nəticəsinə görə elektrik enerjisinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə (20 290,09 min ABŞ dolları) 50,8% və ya 10 181,11 min ABŞ dolları artıb.

0

Your Cart