logo

Novak: OPEC+ razılığının uzadılması may-iyun aylarında həll ediləcək

Views: 122

Rusiya energetika naziri Aleksandr Novak bəyan edib ki, OPEC+ razılığının gələcək taleyi barədə qərarı may-iyun aylarında gözləmək lazımdır

OPEC+ razılığının gələcək taleyi ilə bağlı qərarın verilməsini cari ilin may-iyun aylarında gözləmək lazımdır. Bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Daha əvvəl mənbələr bildirirdi ki, komitənin Bakı iclasında razılaşmanın müddətinin ilin sonunadək uzadılması mümkünlüyü müzakirə ediləcək.

“Biz gələcəkdə hansı qərarların qəbul olunacağına may-iyun aylarında qərar verməli olduğumuzu müzakirə etdik”, – deyə o qeyd edib.

interfax.az

0

Your Cart