logo

Əliyev: TAP qaz kəmərinin tikintisi 87% yekunlaşıb

Trans-Adriatik boru kəmərinin inşası işlərinin 87%-I icra olunub. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Ötən il ərzində Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında TAP-ın hazırlığının 67% səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87%-dir”, – İ.Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.

Onun sözlərinə görə, bu irəliləyiş 2020-ci ildə “yeni nəticələrə” ümid etməyə şərait yaradır.

İ.Əliyev məlumat verib ki, TAP Cənub Qaz Dəhlizi layihəsinin dördüncü elementidir, üçü artıq hazırdır və istifadə olunur. “Xüsusilə, TANAP qaz kəməri artıq 1 mlrd. kubmetrdən artıq həcmdə qaz Türkiyəya ixrac olunub”, – prezident vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, hazırda “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizin əsas resurs mənbəyidir. “Hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir”, – İ.Əliyev qeyd edib.

0

Your Cart