logo

Qasırğa “Neft Daşları”na necə ziyan vurub?

Ötən həftə Xəzərdə baş verən qasırğa Azərbaycanın neft təsərrüfatına heç də ziyansız ötüşməyib

Güclü külək nəticəsində “Neft Daşları”nda meydança çöküb

17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub.

Caspian Barrel SOCAR-a istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.

Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir. Bu ana gədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını almış və iqtisadi itkiləri minimuma endirib. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır. 

Əraziyə baxış keçirilərkən müəyyən edilib ki, “Neft Daşları” NQCİ-nin istehsalat ərazisində, “Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çökmüş, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.

Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılmış, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnib. Digər yataqlarda belə hallar aşkar olunmayıb. 

Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart