Rusiya

“LUKoil” “Rakuşeçnoye” yatağında hasilata 2023-cu ildə başlamağı planlaşdırır

Rusiyanın “LUKoil” şirkəti “Rakuşeçnoye” yatağının işlənməsi üzrə yekun investisiya qərarı qəbul edib.

Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, yataqdan neft hasilatına 2023-cü ildə başlanması planlaşdırılır. İllik hasilat həcminin 1,2 mln. ton olması gözlənilir.