Rusiya

Rusiya OPEK+ ölkələrinə neft hasilatını artırmağı təklif edib

Rusiya OPEK+ ölkələrinə neft hasilatını artırmağı təklif edib.

Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.

Rusiya rəsmisi neft hasilatını sutkada 1,5 mln barrelə qədər artırılmasını təklif edib.

“Bu imkana görüş çərçivəsində baxılmasını təklif edirik. Həmçinin bazar böyüyür və bazarda balans görürük. Bununla yanaşı, tələbat da artır”, – A.Novak bildirib.

Xatırladaq ki, İran Rusiyanın bu təklifini rədd edəcəyini bildirib.