Maraqlı Xəbərlər

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,98 mlrd AZN artırılır

Büdcənin əlavə  gəlirlərin 52,6% enerji sektoruna yönəldiləcək

Mili Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsi bu günkü iclasında 2018-ci il dövlət büdcəsinə düzəlişləri müzakirə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinin müxbiri məlumat verir.

Maliyyə naziri Samir Şərifov iclasda bəyan edib ki, düzəlişlər dövlət büdcəsinin gəlirlər hissəsinin 1 mlrd. 983 mln. manat və ya 9,9% – 22 mlrd. 110 mln. manatadək artımını nəzərdə tutur. Dövlət büdcəsinin xərclər hissəsi 2 mlrd. 14 mln. manat və ya 9,6% – 23 mlrd. 61 mln. manatadək artırılacaq.

Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3%-ni təşkil edəcək.

Dövlət büdcəsində neftin bir barelinin baza qiyməti $45-dən $55-dək artırılır.

S.Şərifov vurğulayıb ki, əlavə gəlirlər strukturunda 725 mln. manat Dövlət Gömrük Komitəsi, 1 mlrd. 750 mln. manat – ARDNF-dan transfertlər, 35 mln. manat büdcə təşkilatlarının əlavə qeyri-büdcə gəlirləri hesabına təmin ediləcək. Eyni zamanda, Vergilər Nazirliyi üçün plan 527 mln. manat azaldılır. “Bu, vergi ödəyiciləri tərəfindən bəzi vergi növləri üzrə öncə avans ödənişlərin həyata keçriilməsi ilə əlaqədardır. Hazırda onların qarşılıqı hesablanmasına zərurət yaranıb”, – nazir qeyd edib.

O əlavə edib ki, dövlət büdcəsinin əlavə xərcləri strukturunda 166 mln. manat müdafiə və təhlükəsizlik tədbirləri, 180 mln. manat sosial məqsədlərə yönəlidləcək. “Bundan başqa, dövlət büdcəsindən 963 mln. manat SOCAR şirkətinin ehtiyacları, 81 mln. manat “Azərenerji” ASC-nin kapitalının artırılması, 100 mln. manat “Azərbaycan Dəmir Yolları” QSC-nin kapitalının artırılmasına ayrılacaq”, – S.Şərifov bildirib.

Nazir vurğulayıb ki, dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təminatına tədbirlərə əlavə olaraq 98 mln. manat, avtomobil yollarının infrastrukturunun yaxşılaşdırılmasına 39 mln. manat, Fövqəladə Hallar Nazirliyinin DövlətYanğındanMühafizəXidmətinin maddi-texniki bazasının yaxşılaşdırılmasına 20 mln. manat, turizmin inkişafına 20 mln. manat, regionlarda abadlıq işlərinin həyata keçirilməsinə 21 mln. manat, Bakı şəhərinin yeni Baş Planının hazırlanmasına 9 mln. manat, dövlət strukturlarının büdcədənkənar xərclərinə 35 mln. manat ayrılacaq.

S.Şərifov qeyd edib ki, əlavə xərclər strukturunda müəyyən vəsait (261 mln. manat – İF) dövlət kapital qoyuluşları çərçivəsində müxətlif layihə və proqramların maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, 2018-ci ilə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiq olunub. Cari il üçün büdcənin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır.