logo

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək 61 mlrd. m3 qaz ötürülüb

Views: 50

Bu vaxtadək Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri ilə 61 milyard kubmetr təbii qaz ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Qeyd edək ki, cari ilin ilk 3 ayında həmin boru kəməri ilə 2 milyard 46,2 milyon kubmetr qaz göndərilib.

2017-ci ildə isə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 20,5 milyon kubmetr qaz olub. Ötən il CQBK ilə bağlı fəaliyyətlərə təqribən 29 milyon dollar əməliyyat və 784 milyon dollar əsaslı xərclər sərf edilib.

2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart