logo

Neft Fondu bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib

Views: 33

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.Qeyd edilib ki, cari ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfert 4 milyard 801 milyon manat, Mərkəzi Banka isə 2 milyard 448,3 milyon manat məbləğində olub.

Xatırladaq ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin 7 milyard 615 milyon manatını (43,5 faiz) ARDNF-in transfertləri təşkil edib.

2003-2016-cı illərdə isə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 71,5 milyard manat vəsait transfert olunub.

 

Azertag.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart