logo

Xəzər dənizi vasitəsilə Rusiya və İran arasında yüklərin daşınmasına başlanıb

Views: 87

FESCO nəqliyyat qrupu Olya dəniz ticarət limanı ilə birlikdə Rusiya və İran arasında yüklərin daşınması üçün FESCO Russia Iran Service (FRIS) trans-xəzər intermodal xidmətini işə salır.

olyaXidmətə Xəzər dənizi ilə daşınma,İran ərazisi ilə avtomobil,Rusiya ərazisi ilə isə dəmir və ya avtomobil daşımaları,həmçinin Olya,Nouşehr və Bandar Ənzəli limanlarında yüklərin boşaldılması daxildir.

2016-cı ilin 13 martında sənaye malları ilə dolu konteynerlərin test partiyası  İrana göndərilmişdi. Ərzaq və tez xarab olan malların Rusiya regionlarından və İrandan göndərilməsinə 2016-cı ilin mart – aprel aylarının sonuna planlaşdırılır.

FRİS xidməti ilk növbədə  Rusiyadan qara metallar, ağac, maşın məhsullarının,İrandan isə ərzaq məhsulları, tikinti materialları, və neft-kimya məhsullarının daşınmasına hesablanıb. Gələcəkdə Olya və İran limanları arasında hərəkət xəttinin təşkili planlaşdırılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart