FESCO nəqliyyat qrupu Olya dəniz ticarət limanı ilə birlikdə Rusiya və İran arasında yüklərin daşınması üçün FESCO Russia Iran Service (FRIS) trans-xəzər intermodal xidmətini işə salır.
Xidmətə Xəzər dənizi ilə daşınma,İran ərazisi ilə avtomobil,Rusiya ərazisi ilə isə dəmir və ya avtomobil daşımaları,həmçinin Olya,Nouşehr və Bandar Ənzəli limanlarında yüklərin boşaldılması daxildir.
2016-cı ilin 13 martında sənaye malları ilə dolu konteynerlərin test partiyası İrana göndərilmişdi. Ərzaq və tez xarab olan malların Rusiya regionlarından və İrandan göndərilməsinə 2016-cı ilin mart – aprel aylarının sonuna planlaşdırılır.
FRİS xidməti ilk növbədə Rusiyadan qara metallar, ağac, maşın məhsullarının,İrandan isə ərzaq məhsulları, tikinti materialları, və neft-kimya məhsullarının daşınmasına hesablanıb. Gələcəkdə Olya və İran limanları arasında hərəkət xəttinin təşkili planlaşdırılır.