logo

SOCAR “Petkim”in səhmlərinin bir hissəsini satır

Views: 34

petkimAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Petkim” neft-kimya kompleksinin fond birjasındakı sərbəst tədavüldə olan səhmlər paketinin 3,4 faizini Beynəlxalq İnvestisiya Fonduna satır. Bu barədə Trend Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuoyunu Aydınlatma Platformu – KAP) istinadən məlumat verir.

Səhmlərin İstanbul birjası vasitəsilə satışının vasitəçisi qismində “Ünlü & Co” çıxış edir.

Qeyd edək ki, SOCAR “Petkim”də 61,32 faiz iştirak payına malikdir.

Caspian Barrel xatırladır ki, SOCAR-ın “Petkim” şirkətindəki payının bir hissəsini satışa çıxarması haqda ilk informasiya mətbuata cari ilin fevralın əvvəlində sızmışdı. O zaman “Petkim” neft-kimya kompleksinin İdarə Heyətinin üzvü, “SOCAR Turkey Enerji”nin rəhbəri Kənan Yavuz bildirmişdi ki, bu, xarici investorların SOCAR-a və “Petkim”ə olan inamının nümunəsidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart