logo

SOCAR və Total “Abşeron” yatağının işlənməsi layihəsini müzakirə edirlər

Views: 69

absheron4

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Abşeron” qaz kondensat yatağının işlənməsi ilə bağlı Farnsanın Total şirkəti ilə danışıqları davam etdirir. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu mərhələdə, yatağın işlənməsinin ümumi proqramı hazırlanır.

“Biz ilkin dizaynının tamamlanması və FİD layihənin (yekun investisiya qərarı) qəbul edilməsi ərəfəsindəyik”,- deyə Abdullayev bildirib.

Əvvələr məlumat verilirdi ki,SOCAR və Total “Abşeronda” hasil ediləcək qazın Qaradağda inşa ediləcək qaz emalı zavodunda emal edilməsi barədə danışıqlar aparır.

Bundan başqa,qazın yeni neft-kimya kompleksində emal edilməsi və daha sonra yarımfabrikatlar formasında ixracı variantıda müzakirə edilir.

Total şirkətinin proqnozlarına görə,”Abşeron” yatağından ilk qaz 2021-ci ilin IV rübündə qəbul ediləcək.

Layihə üzrə yekun investisiya qərarı 2017-ci ilin IV rübündə qəbul ediləcək və ilk istehsal quyusunun  qazılması 2019 ilin son rübündə planlaşdırılır.

Layihədə SOCAR – 40%, Total – 40% (operator) və Gaz De France Suez – 20% şirkətləri iştriak edirlər. Yataqda 350 milyard kubmetr çıxarıla biləcək qaz ehtiyatı var.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart