logo

İran Türkmənistanla sərhəddə kəşfiyyat quyularının qazılmasına başlayacaq

Views: 19

Iran_southern_caspian_energy_prospects_2004

İranın “Xəzər” neft şirkətinin direktoru Əli Osuli bildirib ki, Gülestan vilayətində kəşfiyyat quyularının qazılması üçün yerlərin tədiqiqi və müəyyənləşdirilməsi başa çatıb və yaxın günlərdə Türkmənistan ilə sərhəddə qazma prosesi  başlanacaq.

Əli Osilinin sözlərinə görə,Gülestan vilayətində qazma işləri üzrə podratçı şirkətin seçilməsi üçün tender elan ediləcək. Şirkət rəhbəri həmçinin bildirib ki,ilin sonuna qədər geoloji kəşfiyyatın nəticələri barədə müsbət nəticələr alınacaq.

Əvvələr “Xəzər” şirkətinin geoloji kəşfiyyat şöbəsinin müdiri Yusif Etamadi bildirmişdi ki, Gülestan vilayətində seysmik tədqiqatlar başa çatıb. Onun sözlərinə görə, tədqiqatların nəticələri  həmin rayonda əhəmiyyətli qaz ehtiyatlarının olduğunu göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart