“Abşeron” yatağının işlənməsi üzrə I mərhələ çərçivəsində hasil olunan qaz Azərbaycanın daxili bazarında satılacaq. Bu barədə Fransanın TOTAL şirkətinin (layihənin operatoru – İF-Az) məlumatında deyilir.
«Noyabrın 21-də SOCAR və TOTAL arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb», – deyə məlumatda bildirilir.
Yatağın işlənməsi üzrə I mərhələyə suyun 450 metr dərinliyində 1 quyunun qazılması daxildir. Gözlənilən sutkalıq debit təxminən 35 min barel neft təşkil edir.
«Hasil edilən qaz Azərbaycanın daxili bazarına tədarük olunacaq», – deyə məlumatda qeyd edilir.
Məlumatda TOTAL-ın prezidenti Patrik Puyanneyə istinadən deyilir ki, sazişin imzalanması TOTAL və SOCAR arasında sıx əməkdaşlıq sayəsində mümkün olub. «Bu əməkdaşlıq bizə qazı rəqabətli qiymətə tədarük etmək üçün layihənin yataq və mövcud infrastrukturun birləşdirilməsini nəzərdə tutan iqtisadi cəhətdən rəqabətqabiliyyətli inkişaf sxemini hazırlamağa imkan verib», – deyə o vurğulayıb.
Daha əvvəl SOCAR-ın prezidenti qeyd etmişdi ki, “Abşeron” yatağında ilk istismar quyusunun qazılmasına 2017-ci ilin ortalarında başlanılacaq. Yataqdan ilk qaz hasilatına 2019-cu ilin III–IV rüblərində başlanması planlaşdırılır.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% – operator) və “GDF Suez” (20%) şirkətləridir. Müqavilə 30 il müddətinə bağlanıb. Müqavilə sahəsi 747 kv. km-dir.
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv.m təşkil edir.
TOTAL 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının (350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) olduğunu təsdiqləyib.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir.
Interfax