logo

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

Views: 142

Bu gün Türkiyənin Ankara şəhərində “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin iclasında gələcək hədəflər və planlar müəyyənləşdirilib.

Rövşən Nəcəf

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, iclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb.

Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

SOCAR indiyə qədər Türkiyəyə 16,5 milyard ABŞ dolları məbləğində investisiya yatırıb və yeni investisiya qoyuluşları barədə danışıqlar aparır. Şirkət Türkiyədə ilk öncə neft-kimya və qaz sektorunda fəaliyyətini genişləndirməyi planlaşdırır.

0

Your Cart