logo

Çexiya diplomatı SOCAR-a təşəkkürünü ifadə edib

Views: 93

2022-ci il noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.

Milan Sedlaçek Çex televiziyasının “Xaricdən mənzərələr” proqramının bir
hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji
tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında
iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0

Your Cart